Yığmamız Kiprə uduzdu

Bu gün qızlardan ibarət U-19 yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçirilən oyunda Kiprlə üz-üzə gəlib. 

Görüş komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması daha öncə Monteneqroya da 1:2 hesabı ilə uduzmuşdu. Yığma son matçını oktyabrın 10-da Xorvatiyaya qarşı keçirəcək.

Azərbaycan – Kipr 0:4





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right