"Zirə" "Şamaxı"ya qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun ilk oyununda “Zirə” “Şamaxı”nı qəbul edib. Cari mövsümdə qələbə üzünə həsrət qalan Şamaxı təmsilçisi paytaxt səfərindən heç olmasa, bir xalla ayrılmağı hədəfləmişdi. Amma “Zirə” bu komandanı xalsız yola salıb.

Sabah turun daha iki oyunu keçiriləcək. “Səbail” “Sumqayıt”la, “Neftçi” isə “Turan Tovuz”la üz-üzə gələcək.

Turun mərkəzi qarşılaşması olan “Qəbələ” – “Qarabağ” oyunu oktyabrın 9-da keçiriləcək. Avropa Liqasında uğurlu çıxış edən Qurban Qurbanovun komandası Misli Premyer Liqasında da zirvədəki yerini qorumaq üçün mübarizə aparır.

Turun son matçı Masazırda təşkil olunacaq. Ötən tur “Şamaxı” üzərində çətin qələbə qazanan “Sabah” bu dəfə başqa bölgə təmsilçisi ilə – “Kəpəz”lə qarşılaşacaq.

Azərbaycan Premyer Liqası, 9-cu tur

7 oktyabr (cümə)

17:30. “Zirə” – “Şamaxı” - 1:0 

Qol: Dmitrios Çantakias, 72
Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right