"Deməyə sözümüz yoxdur" "Olimpiakos"un kapitanı

"Olimpiakos"un kapitanı Andreas Buxalakis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a evdə uduzduqları (0:3) görüşü şərh edib.
 
Newsport.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında böyükhesablı məğlubiyyəti belə şərh edib:
 
"Erkən qol vurmağa, tempimizi artırmağa, qələbə qazanmağa çalışdıq. Daha da güclənmişdik, fiziki formamız da qaydasında idi. Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdur. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdir".
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right