"Qarabağ" özünü sübut etmiş möhtəşəm komandadır. "Qarabağ" turnirdə əvvəlki görüşlərində çox yaxşı çıxış edib və son oyununda da qalib gəlib. "Qarabağ"ın illərdir oturuşmuş oyun tərzi var. Komandanın yaxşı baş məşqçisi var və son matçlarda çox yaxşı çıxış edirlər. Bu gün meydanda sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik".
Çantakias Ağdam təmsilçisinin hücum etməyi sevən komanda olduğunu bildirib: "Qarabağ" topa sahib olmağı və hücum edib, kompakt oynayaraq mərhələ keçməyi sevir. "Qarabağ" müdafiə olunmağı sevən komanda deyil. Onlar topu özlərində saxlamaq istəyirlər. “Olimpiakos” oyunun favoritidir, amma “Qarabağ” öz oyun üslubunu tətbiq etsə, “Olimpiakos” problem yaşayacaq".
Çantakias düşünür ki, "Olimpiakos" topa nəzarət etsə, Ağdam təmsilçisini çətin duruma sala bilər: "Hesab edirəm ki, "Olimpiakos" topa sahib ola bilsə, “Qarabağ” çətin vəziyyətə düşəcək. Təcrübəmə görə, “Olimpiakos” müdafiədə 4 nəfərlə oynasa və yarımmüdafiədə pressinq etsə, daha yaxşı olar".
Dimitrios "Qarabağ"ın futbolçularından Abdullah Zubirin oyununu xüsusi fərqləndirib: "Zubir daha çox diqqət istəyir... O, tanıdığım ən yaxşı futbolçulardan biridir. Bu cinah oyunçusuna çox diqqət yetirmək lazımdır".
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.