"Kəpəz"ə Misli Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirmək üçün icazə verilib.
Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin sentyabrın 9-dakı rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun PFL-ə təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən oktyabrın 4-dək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib.
Vaxt bitdikdən sonra PFL-in müvafiq işlərə cavabdeh olan şəxslərinin oktyabrın 5-də Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.
Bu gün isə qurum yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub.
Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.
PFL-in tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.
Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə dəyişikliklər edib.
15 oktyabr
15:00. Kəpəz – Neftçi
Gəncə şəhər stadionu
29 oktyabr
15:00. Kəpəz – Səbail
Gəncə şəhər stadionu