AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 8-ci turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Misli Premyer Liqasının 8-ci turunun “Səbail” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
8-ci turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün Ağdam klubu 4000 manat cərimə olunub.
54-cü dəqiqədə “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün Bakı klubu 4000 manat cərimə olunub.
8-ci turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə qonaq komanda 1600 manat cərimə olunub.
“Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.