“Olimpiakos” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki,  matçı Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Pelto idarə edəcək. Ona həmyerliləri Davor Belyo və Damir Laziç  köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right