"Rahatca qalib gələ bilərdik. Amma görünən odur ki, komanda üzərində təzyiq böyükdür".
Newsport.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis 6 məğlubiyyətdən komandanı toparlamağın çətin olduğunu bildirib: "Amma klub rəhbərliyi ilə birlikdə bunun öhdəsindən gəlməyə çalışırıq. Bu gün maraqlı oyun gördük. Belə qarşılaşma gözləyirdim. Autsayderlərin mübarizəsində təzyiqə baxmayaraq, komandam yaxşı oyun sərgilədi".
Əhmədov Kantariyanın artıq çəkisinin olmadığını söyləyib: "Çəkiyə nəzarət edirik. Bir o, bir də Nicat Süleymanov ən yaxşı çəkiyə malikdir. Məşqlərdə penaltiləri ən yaxşı o yerinə yetirir, 3 ən yaxşı çalışanlardan biridir. Penaltiləri Əfran İsmayılov da yerinə yetirir. Sadəcə, bu gün oyun öncəsi zədələndi. Futbolçularıma təşəkkür edirəm ki, gözəl oyun sərgilədilər".
Baş məşqçi Ergemlidzenin meydana incik girib-girmədiyini bilmədiyini vurğulayıb: "Əsas odur ki, meydana girməsin. Belə halda futbolçu cəzasız qalmır. Ola bilər ki, Ergemlidze daha çox oynamaq istəyirdi"