"Sabah" "Şamaxı"nı məğlub etdi, "Sumqayıt" - "Kəpəz" matçında sülh Yenilənib

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

"Şamaxı" evdə "Sabah"ı qəbul edəcək. Paytax təmsilçisi 16 xalla üçüncü, bölgə klubu iki xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 5-də meydan sahibləri, 4-də qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Şamaxı" üstündür - 16:14. 

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı kollektivi "Kəpəz"lə üz-üzə gələcək. Hazırda 3 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür. Tərəflər indiyədək Premyer Liqada 20 dəfə qarşılaşıblar. 8 dəfə "gənclik şəhəri" təmsilçisi, 5 dəfə Gəncə klubu qalib gəlib. Topların nisbətində də "Sumqayıt" öndədir - 28:22. 

Azərbaycan Premyer Liqası

VIII tur

2 oktyabr (bazar)
 

15:30. “Şamaxı” – “Sabah” - 0:1

Qol: Abdulaye Ba, 90+1
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

 

18:00. “Sumqayıt” – “Kəpəz” - 0:0 (İKİNCİ HİSSƏ) 

İstifadə olunmamış penalti: Giorgio Kantaria, 45 ("Kəpəz")

Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
“Kapital Bank Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right