"Kimin çempion olacağı sonda müəyyənləşəcək" - Eddi İsrafilov

"Oyun 90 dəqiqə oynanılır, məğlub olduq. Sonadək rəqib oyuna köklənmişdi. Mübarizə aparıb 3 qol vuraraq qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var. Layiqli qələbə qazandılar. İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib: "Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz.  Bəlkə mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".

E.İsrafilov bildirib ki,  çempionatın hələ başlanğıcıdır.: "Qarşıda bizi daha çox matç gözləyir. Çempionat bir oyundan asılı deyil. Biz çalışıb hər oyunda qələbə qazanacağıq. Kimin çempion olacağı sonda müəyyənləşəcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right