Emin Mahmudov: "Başımızı aşağı salmalı deyilik"

"Birinci hissə daha yaxşı oynadıq. Əks-hücumlar edə bilirdik. İkinci hissədə tez-tez toplar itirməyə başladıq. Ona görə də müdafiəyə çəkilməli olduq. Maraqlı oyun oldu. Rəqib şansları istifadə edə bildi. Ona görə də qalib gəldi". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

"İkinci hissədə birinci hissədəki kimi oynaya bilmədik. Rəqib buna imkan vermədi. Onlar daha aqressiv oynadılar. Bizi ön xəttdə sıxmağa başladılar. Bəzi epizodlarda əks-hücumlar zamanı çox tez topu itirirdik" - deyə o bildirib. 

E.Mahmudov oyunda gərginlik bir qədər çox olması ilə bağlı deyib: "Bu halların olması normaldır. Futbolda belə anlar olur. Nə olursa, meydanda qalır". 

"Neftçi"nin futbolçusunun sözlərinə görə, Laurentsiu Regekampfın gəlişindən sonra nəyin dəyişdiyini demək əvvəlki baş məşqçiyə haqsızlıq olar: "Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq".

O, bu məğlubiyyət çempionluq yarışında qırılma anı olub-olmayacağı ilə əlaqədar söyləyib: "Başa düşürəm ki, onlar bizdən önə keçə bildilər. Başımızı aşağı salmalı deyilik. Qarşıda oyunlarımız var. Çalışmalıyıq ki, növbəti oyunlarda qalib gələk".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right