Rəşad Sadıqov: "Tovuzlu azarkeşlərin qarşısında çıxış etmək üçün çox darıxmışdım"

Premyer Liqanın 8-ci turunun "Turan Tovuz" - "Zirə" matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransında keçirilib.

Newsport.az-ın məlumatına görə, Sadıqov qələbənin vacibliyindən söz açıb:

"İlk növbədə "Turan Tovuz" azarkeşlərini salamlayıram. Onların qarşısında çıxış etmək üçün çox darıxmışdım. Bu şəhərə, kluba xüsusi sevgim var. Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımları burada atmışam və komanda, azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında çıxış etmək həyəcanlı idi.

Oyuna gəldikdə, vacib qələbə qazandıq. Son oyunda gözlənilməz və ağır məğlubiyyət almışdıq. Bugünkü qələbə bizim üçün çox önəmli idi. Oyundan sonrakı zaman ərzində futbolçularım məşqlərdə çox istəkli oldular. "Qarabağ"a məğlubiyyəti unudub irəli baxırdılar. Bunun da bəhrəsini oyunda gördük. Ağır oyun alındı. Ayxan Abbasov çox təcrübəli məşqçidi, çox güclü və möhkəm kollektiv formalaşdırıb. Hava şəraiti də çox ağır idi. Erkən saatlarda, sünii örtüklü meydanda oynayırdıq.

Oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük. Buna baxmayaraq futbolçularımız düzgün reaksiya verdilər, dərhal hücuma atılıb, qollarımızı vurduq. Çox vacib qələbə oldu. Futbolçularımı, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Yol uzaq olsa da, bizi dəstəkləmək üçün çox azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkür edirəm". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right