Yığma komandamızın forvardı Türkiyə klubundan ayrıldı

Azərbaycanın U-21 yığmasının forvardı Mustafa Yıldırım klubsuz qalıb.

Newsport.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb. 20 yaşlı hücumçu böyük ümidlərlə müqavilə imzaladığı İstanbul klubunda qalası olmayıb.

Forvard klubdan ayrılması haqda sosial şəbəkədə də paylaşım edərək bunları yazıb: "İstanbulspor"la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm".

​Əsas komandada oynamaq şansı qazanmayan forvardın bundan sonra hansı komandada oynayacağı bəlli deyil. “Alanyaspor” yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.

Yıldırım U-19 yığmamızda da oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right