Qriqorçuk Azərbaycanda oynamış futbolçunu komandasına gətirdi

"Səbail" və "Sabah"ın keçmiş futbolçusu Kevin Kubembanın yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Ukrayna "Çernomorets"ində davam etdirəcək. Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kluba azad agent kimi transfer olunan konqolu forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kevin Kubemba 2018-2019-cu illərdə "Səbail"də, 2019 - 2021-ci illərdə isə "Sabah"da oynayıb. 

Əlavə edək ki, hazırda "Çernomorets"i "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right