"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Yunanıstanın "Olimpiakos" komandasının yeni transferi Aleksandros Pasxalakis UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı oynaya bilər.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisi azad agent kimi heyətinə qatdığı 33 yaşlı qolkiperin adını tezliklə iştirak ərizəsinə daxil edəcək.

Qaydalara görə, komandanın heyətində ikidən az qolkiper varsa, mövsüm ərzində yeni qapıçı sifariş edilə bilər.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right