"Olimpiakos"un "Qarabağ"a qalib gələcəyinə inanıram" sabiq "Xəzər Lənkəran"lı

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dimitris Sialmas Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Olimpiakos”la keçiriləcək oyunları haqda danışıb.

Newsport.az xəbər verir ki, yunaıstanlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, “Olimpiakos”un “Qarabağ”a qalib gəlməsinə inanır:

“Olimpiakos” çox güclü komandadır. Ona görə də inanıram ki, onlar “Qarabağ”ı məğlub etməyi bacaracaqlar. Komandanın avrokuboklarda necə çıxış etdiyini bilirəm.“Olimpiakos” xeyli inkişaf edib və hazırda çox güclüdürlər. Onlar artıq Avropa Liqasında da qələbə qazanmalıdırlar”.

Sialmas 2012-2013-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında növbəti görüş isə oktyabrın 13-də Bakıda olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right