“O, “Qarabağ”ın ən yaxşı oyunçularından idi” “AS” qəzeti

“Azərbaycanın “Qarabağ” komandasında aldığı zədə heç yerinə düşmədi. Çünki o, avrokuboklarda yarışan bir komandanın ən yaxşı oyunçularından idi”.

Newsport.az xəbər verir ki, bu sözlər İspaniyanın “AS” qəzetində “Qarabağ”ın sabiq futbolçusu Xayme Romero barədə yazıdan götürülüb.

32 yaşlı ispan yarımmüdafiəçi bu günlərdə "Kartaxena" ilə müqavilə imzalayıb. Sequnda təmsilçisinin rəsmi saytı məlumatına görə, Xayme ilə 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

İspan jurnalist bununla əlaqədar Xayme ilə söhbət edib. O, vaxt verməsə də, bildirir ki, tezliklə əvvəlki formasını bərpa edəcək. Xayme bu yay öz üzərində çox işlədiyini və potensialına inandığını söyləyib. Futbolçu bildirir ki, hazırkı komandasının heyəti güclüdür və yüksək yerlər uğrunda mübarizə aparmaq olar.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right