Çerçesov: “Qarabağ” bizdən yaxşı oynadı, mərhələni keçdi”

"Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzaraq (1:1, 1:3) mübarizəni dayandırmaları barədə növbəti dəfə danışıb. 

Newsport.az istinadən xəbər verir ki, mütəxəssis sport-express.ru-ya müsahibəsində Ağdam təmsilçisinin onun komandasından daha yaxşı oyun nümayiş etdirdiyini deyib:

"Qarabağ" çox güclü komandadır, 8 ildir avrokubokların qrup mərhələsində mübarizə aparır. "Qarabağ"ın ötən mövsüm Konfrans Liqasında pley-offa çıxması, bu il isə "Sürix"ə qalib gəlməsi təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir. Ev oyununa yaxşı başlamamışdıq. Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. "Qarabağ"  əks-hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran futbolçusu (İbrahima Vadji - red.) Fransa klubuna keçdi. Düzdür, həmin oyunda 2 aparıcı mərkəz müdafiəçimiz iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı, səhvlərimizdən istifadə etdi, mərhələni keçdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right