"Qəbələ" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında milli komandaların oyunlarına görə yaranmış 12 günlük fasiləyə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 8-ci turun ilk oyun günündə bir matç keçirilib. "Səbail" "Qəbələ"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, turun digər qarşılaşmaları 1-2 oktyabr tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası

30 sentyabr

19:00. “Səbail” – “Qəbələ” - 1:2

Qollar: İsnik Alimi, 54-pen (0:1), Ağabala Ramazanov, 61-pen (1:1), Ülvi İsgəndərov, 90 (1:2)

Qırmızı vərəqə: Qustavo De Fransa, 44 -iki sarı vərəqə ("Səbail")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Bakı. “ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right