“Səbail”lə “Qəbələ”nin 22-ci oyunu

Milli komandaların matçları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq.

Newsport.az-ın məlumatına görə, 8-ci turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Günün yeganə oyununda “Qəbələ” “Səbail”lə üz-üzə gələcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı klubunun meydanında qüvvəsini sınayacaq. “ASCO Arena”dakı görüş rəqiblər arasında 22-ci matç olacaq. Əvvəlki 21 oyunda “Qəbələ” üstünlüyə malikdir. 11 qələbəsi olan “qırmızı-qaralar” 5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 38 qol vuran bu komanda 21 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox – 6 qol vurub.

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 19 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 9 qələbə qazanan əyalət təmsilçisi 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 33 qol vuran “Qəbələ” 19 top buraxıb.

Rəqib meydanında 12-ci dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 4 qələbə və 2 heç-heçəyə imza atıb. 5 görüşdə meydan sahibləri qalib gəlib. Bu matçlarda komandalar hərəyə 16 dəfə fərqlənib.

Xatırladaq ki, sentyabrın 30-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” matçına saat 19:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right