"Qarabağ" - "Neftçi" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq.

Oyun günü isə azarkeşlər biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından ala biləcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Qeyd edək ki, J1, J2, K1, K2, L1, L2 sektorları “Neftçi” azarkeşləri üçün nəzərdə tutulmuşdur. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right