Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Avropa Superkubokunun final oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, həlledici qarşılaşamda UEFA Çempionlar Liqasının son qalibi “Barselona”, UEFA Avropa Liqasının son qalibi “Sevilya” ilə qarşılaşacaq. Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA bu oyunu canlı izləmək və təcrübə toplamaq üçün bir neçə jurnjalisti öz hesabı ilə Tiflisə göndərib. Artıq jurnalistlər sözügedən şəhərə çatıb və orada “Arena” otelində məskunlaşıblar.Tiflisə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov “Arena” otelinə gələrək jurnalistlərə görüş keçirib. Qələm sahiblərinin yeri və rahatlığı barədə məlumatlanan Məmmədov belə bir yarışın ölkəmizdə keçirilməsini də arzulayıb.