Azərbaycanın Millətlər Liqasından milyonluq qazancı

2022/23 mövsümü Millətlər Liqasının iştirakçılarının gəlirləri bəlli olub.
 
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, UEFA yarışın əvvəlində liqanın iştirakçısı olan bütün milli komandalara zəmanətli həmrəylik maliyyəsi ayırıb. Ən yüksək gəlir A Liqasının iştirakçıları üçün nəzərdə tutulub. Bu liqadakı komandalar 2,25 milyon avro qazanc əldə edir.
 
B Liqasının iştirakçıları 1,5 milyon, C Liqasının iştirakçılarına 1,125 milyon avro, D liqasının iştirakçılarına isə 750 min avro vəsait ayrılıb.
 
Azərbaycan milli komandası C Liqasında yarışdığından 1,125 milyon avronu təmin edib. 
 
Liqaların qaliblərinə gəlincə, onlar ikiqat gəlir əldə edəcəklər. A Liqasının finalçıları üçün əlavə mükafat fondu təsis olunub. 
 
EPSN müqayisə üçün bildirir ki, hələ 2019-cu ildə A liqasında final mərhələsinin iştirakçılarından olan Portuqaliya (yarışın qalibi) ümumən 10,5 milyon, Niderland 9 milyon, İngiltərə 8 milyon, İsveçrə isə 7 milyon avro gəlir əldə edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right