"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun daha bir futbolçusu zədələnib.
 
Newsport.az "Sport24.gr" saytına istinadən xəbər verir ki, müdafiəçi Usseynu Ba sıradan çıxıb.
 
26 yaşlı seneqallı oyunçunun durumuna bu gün aydınlıq gələcək.
 
Daha əvvəl Pirey təmsilçisinin digər müdafiəçisi Panayotis Retsos eyni aqibəti yaşayıb. 24 yaşlı futbolçunun "Qarabağ"a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib. Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right