Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk turu artıq arxada qalıb.
Newsport.az saytının məlumatına görə, başlanğıc azarkeş marağı baxımından o qədər də ürəkaçan olmayıb.
Ancaq buna baxmayaraq ilk tur üçün hansı oyunu daha çox azarkeşin izlədiyi artıq məlumdu.
Belə ki, daim azarekşləri ilə öyünən və tərəfdar dəstəyi baxımından problem yaşamayan “Xəzər Lənkəran” bu dəfə də ilk turun rekorduna imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının təqdim etdiyi protokola əsasən demək olar ki, “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutan “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasını 7000 azarkeş izləyib.
İkinci ən çox azarkeş isə “Qəbələ” – “Qarabağ” oyununda olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 3200 azarkeşin gözü qarşısında oynanılıb.
“Neftçi” – “Kəpəz” oyununu 1500, “Zirə” – AZAL matçını 1300, “Rəvan” – “Sumqayıt” qarşılaşmasını isə 1000 nəfər azarkeş izləyib.
Ümumilikdə isə ilk turun oyunlarını cəmi 14 000 insan stadiondan canlı izləyib.