DÇ-2022-ni İTV göstərəcək

İctimai Televiziya yeni mövsümə start verir.

Newsport.az xəbər verir ki, bu mövsüm ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq.

Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcək. Mövsümün sonuna kimi isə İngiltərə Premyer Liqasında hər turun 2 ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq.

Əhməd Əliyevlə “İdman Gündəliyi”ndə isə dekabrda Qətərdə baş tutacaq futbol üzrə Dünya Çempionatı ərəfəsində və ondan sonra idmanın müxtəlif sahələrinə dair gündəlik məsələlərin müzakirəsi iş günləri saat 11:00-da nəzərdə tutulur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right