“Olimpiakos”da “Qarabağ”la oyundan əvvəl daha 2 itki

Yunanıstanın “Olimpiakos” klubunun 2 əsas futbolçusu Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib. Newsport.az xəbər verir ki, qapıçı Tomaş Vatslik Çexiya, hücumçu Hvan Uy Co isə Cənubi Koreya millisinin heyətində sıradan çıxıb.
 
Vatslik UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan İsveçrə ilə matçda zədələnib. Bu üzdən 33 yaşlı qolkiper səfər matçının fasiləsində əvəzlənmək məcburiyyətində qalıb.
 
Hvan Uy Co isə Kameruna qarşı yoxlama matçında xəsarət alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənmək məcburiyyətində qalıb.
 
Bu iki futbolçunun “Qarabağ”la oyunda meydana çıxıb-çıxmayacağı ətraflı müayinələrdən sonra məlum olacaq. “Olimpiakos”da bir neçə gün öncə müdafiəçi Panayotis Retsos da məşq zamanı aldığı zədə səbəbindən sıradan çıxmışdı.
 
Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right