“Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfərlə qaldıqdan sonra oyuna nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar".
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının birinci turunda "Rəvan"la qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.
O, qarşıdakı oyunlara hazırlaşacaqlarını vurğulayıb.