"Əsas hədəfimiz qısa müddətdə heyəti formalaşdırmaqdır" - Samir Əliyev

“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Samir Əliyev Moldova ilə keçirilən yoxlama matçından sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, yaxaladığımız imkanlardan yararlana bilmədik”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right