Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

"Olimpiakos" komandasının qapıçısı Tomaş Vatslik Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər.

Newsport.az "Sdna.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Çexiya millisində də çıxış edən 33 yaşlı qolkiperin oyunundan razı deyil.

59 yaşlı mütəxəssis bu səbəbdən qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right