"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasında növbəti oyunlarına çıxıblar.
Newsport.az xəbər verir ki, onlar UEFA Millətlər Liqasının B Liqasının 3-cü qrupunun 6-cı turunda evdə Finlandiyaya 0:2 hesabı ilə uduzduqları görüşdə meydana çıxıblar. Hər iki oyunçu start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Monteneqro millisi 7 xalla qrup 3-cüsü , Finlandiya isə 8 xalla 2-ci olub.