"Hakimin belə qərar verməsi ayıbdır" – Rəşad Sadiqov

"Açığı, qırmızı vərəqəlik bir epizod yox idi. Qara Qarayevə dəyəndə yıxıldı, sonra durdu. Məncə, Qara Qarayevin özü də qırmızı vərəqə almağıma təəssüfləndi. Hakimin belə bir epizoada qırmızı vərəqə verməsi bir az ayıbdır. Hər sadə  vəziyyətdə qırmızı vərəqə verilməsi təəssüfedicidir".

Newsport.az-ın məlumatına görə, bu sözləri  CBC telekanalına"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasında "Qarabağ"la bərabərə qaldıqları oyunda (2:2)  qırmızı vərəqə ilə cəzalandığı epizodu şərh edərkən deyib.

O, "Qarabağ" və "Qəbələ"nin Avroliqada münbarizəni davam etdirməsi haqda da danışıb:

"Avroliqada oynamaq, üç mərhələni keçmək möhtəşəmdir. "Pley-off" mərhələsinə yüksəlməyimiz tarixi uğurdur. Ancaq bununla kifayətlənmək istəmirik. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik. Bizim kimi "Qarabağ" da qrup mərhələsində oynamaq uğrunda mübarizə aparacaq.

O, "Qarabağ"la oyununun möhtəşəm keçdiyini vurğulayıb:" Oyunda hər bir şey var idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right