Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

"Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi".

Newsport.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Ramazan Orazov Bakıda Azərbaycan komandasına 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu ilə bağlı "Vesti.kz" saytına müsahibəsində deyib.

24 yaşlı yarımmüdafiəçi 35-ci dəqiqədə Nuralı Alipin qırmızı vərəqə almasından sonra işlərinin çətinləşdiyini bildirib.

Orazov komandasının Millətlər Liqasındakı ümumi nəticəsindən razı olduğunu söyləyib. "Biz kifayət qədər yaxşı iş görmüşük".

Qeyd edək ki, Qazaxıstan yığması 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right