Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.

Oyunların təqvimini diqqətinizə çatdırırıq:

Monteneqro – Azərbaycan

4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30

Azərbaycan – Kipr

7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30

Azərbaycan – Xorvatiya

10 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 13:00

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right