U-21 yığmamız Bakıdakı hazırlıq çərçivəsində yoxlama görüşünə çıxıb.
Newsport.az-ın məlumatına görə, BOS-da "Şamaxı"ya qarşı keçirilmiş matç yığmamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
U-21 millimizin qollarına Samir Abdullayev və Camal Cəfərov imza atıb. "Şamaxı"dan isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.
Xatırladaq ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv sentyabrın 27-də Moldova ilə qarşılaşacaq.