Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edəcək.
Qazaxlar artıq ötən turdan qrup liderliyini təmin edibsə, ardıcıl iki oyundur qalib gələn millimiz ikincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Belarusu qəbul edəcək.
25 sentyabr
Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup
Azərbaycan – Qazaxıstan 3:0
Qol: A.Maroçkin, 67-öz qapısına, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 89
Qırmızı vərəqə: N.Alip, 36.
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, “Dalğa Arena” stadionu