Emin Mahmudov: "Bəzi matçlarda potensialımızdan daha aşağı oynadıq"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda sabah Qazaxıstanı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, matçdan öncə baş tutan mətbuat konfransında yığmamızın kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb:

- Kapitan oldum deyə, qələbələr qazanmağa başladığımızı deyə bilmərəm. Digər futbolçularımız da bunu yaxşı yerinə yetirirdi. Elə alındı ki, mən kapitan olanda qələbə qazandıq. Amma bunun kapitan olmağımla əlaqəsi yoxdu. 

- Dəyişən nədir ki, milli ikinci qələbəni qazandı?

- Slovakiyaya qarşı çox yaxşı mübarizə apardıq. Onlar da yaxşı komandadı. Sona kimi döyüşdük. Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Yaxşı qələbələr qazandıq. Bu, bizə inam gətirdi. Əsas odur ki, davamlı olsun.

- Bundan yaxşı çıxış edə bilərdiz?

- Əlbəttə. Bəzi oyunlarda daha yaxşı oynaya bilərdik, çox xal yığa bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı oynadıq. Məncə, daha yaxşı ola bilərik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right