“Bakıda keçiriləcək oyunda hər şey ola bilər” Şatski

“Bakıdakı oyunda hər şey ola bilər”. Newsport.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının qapıçısı İqor Şatski Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur oyunu barədə danışarkən deyib.
 
33 yaşlı qolkiper matça sakit çıxacaqlarını söyləyib: “Hansı nəticənin qeydə alınacağını bilmirəm. Bu, futboldur. Nəyin necə olacağını zaman göstərəcək. Yaşayarıq, görərik”.
 
Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right