"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

"Matça yaxşı başlamadıq. Bəzən oyun istədiyimiz kimi getmirdi. Amma sonradan toparlanıb, ilk hissənin sonlarında qol vurduq".

Newsport.az-ın məlumatına görə, bunları Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.

"Qarabağ"da çıxış edən 25 yaşlı müdafiəçi rəqibin kifayət qədər yaxşı komanda olduğunu bildirib: "Son dəqiqələrdə penaltidən top buraxsaq da, final fitinədək vəziyyəti yenidən öz xeyrimizə dəyişə bildik. Yaxşı mübarizə apardığımız və 3 xal qazandığımız üçün xoşbəxtik".

Qeyd edək ki, Slovakiya ilə matça start heyətində çıxan Bəhlul Mustafazadə sonadək meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right