"Qəbələ" sifariş ərizəsini PFL-ə təqdim etdi

"Qəbələ" Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.

"Qırmızı-qaralar"ın sifariş vərəqəsində 23 futbolçunun adı yer alıb.

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on biri yarımmüdafiəçi, ikisi isə hücumçudur.

Qapıçılar: Andrey Popoviç, David Petrkeviç, Dmitri Bezotosnı;

Müdafiəçilər: Vitali Vernidub, Voyislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rikardinyo, Rafael Santos, Ürfan Abbasov;

Yarımmüdafiəçilər: Vadim Abdullayev, Murad Musayev, Qismət Əliyev, Samir Zərgərov, Asif Məmmədov, Georgi Floresku, Aleksey Qay, Rəşad Sadiqov, Elvin Camalov, Cavid Hüseynov, Dodo;

Hücumçular: Sergey Zenyov, Aleksey Antonov.

Baş məşqçi: Roman Qriqorçuk.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right