Azərbaycanla oyun öncəsi Qazaxıstan millisində itki

Qazaxıstan millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.

Newsport.az xəbər verir ki, C liqasının 3-cü qrupundakı rəqibimiz Asxat Tagibergenin xidmətindən məhrum olub.

Qrupda 1-ci yeri təmin edən Qazaxıstan yığması iki gündən sonra 32 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.

“Tobol”un futbolçusu cəza səbəbindən Bakıda oynamayacaq. Komandasının kapitanı 5-ci turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.

Qazaxıstan 2:1 hesablı qələbə ilə qrup qalibi adını təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right