"Neftçi" "Kəpəz"in avtobusuna hücumla bağlı açıqlama yaydı

Xəbər verdiyimiz kimi ötən gün Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Bakcell Arena”da baş tutan "Neftçi” – "Kəpəz”oyunudan sonra qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, "Neftçi”nin bir sıra azarkeş qrupu "Kəpəz”in avtobusuna hücum edib və daşa basıb. Nəticədə "Kəpəz”in yeni avtobusunun sağ şüşəsi yararsız vəziyyətə düşüb. Hadisəyə biganə qalmayan "Neftçi” bu barədə açıqlama yayıb. Klubu rəsmi "facebook” səhifəsində yer alan açıqlamada aşağıdakı sözlərə yer verilib: 
" "Neftçi"-"Kəpəz" oyunundan sonra "Kəpəz" klubunun avtobusunun şüşəsi sındırılmışdır. "Neftçi" PFK olaraq bu hadisəni qəti şəkildə pisləyirik.”

Qeyd edək ki, "Neftçi” rəhbərliyi avtobusa dətən maddi ziyanın ödənilməsinə söz verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right