Millimizin oyunu alman hakimlərə tapşırıldı

UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Harm Osmers idarə edəcək. Ona Robert Kempter və Dominik Şaal köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right