Bolqarıstan yığmasının baş məşqçisi: "Azərbaycan ciddi hazırlaşıb"

Bolqarıstanın U-19 yığmasının baş məşqçisi Angel Stoykov yerli mətbuata danışıb.

Newsport.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan, Lüksemburq və Türkiyə görüşləri haqda fikirlərini bildirib. 

"Gong"a açıqlama verən Stoykov yığmamızla matçla bağlı bunları deyib:

"Bütün komandalar güclüdü. Azərbaycan AVRO-nun startına qədər altı yoldaşlıq görüşü keçirib. Bosniya və Herseqovina, Monteneqro, Serbiya ilə oynayıblar. Onların baş məşqçisi serbdi. Azərbaycan yığması seçmə mərhələyə ciddi hazırlaşıb və yaxşı heyətə malikdilər.

Lüksemburqda futbolçular var ki, bir neçə ay əvvəl U-17 yığmasının heyətində İngiltərəyə qalib gəlib. Onların da ciddi komandası var. Türkiyə isə ən ciddi rəqibdi. Həm heyət, həm də oyun sarıdan bunu nəzərdə tuturam. Bir daha görürük ki, bizi çətin oyunlar gözləyir. Hər matçda əlimizdən gələni etməli və maksimum xal toplamalıyıq”.

​Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları bu gün açılış görüşündə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right