"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

“Sumqayıt” klubu əsas komandanın baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Newsport.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right