Aqil Məmmədov: "Nəticə çıxarmalıyıq" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi” "Kəpəz”i qəbul edib. Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra  "Netçi”nin qapıçısı Aqil Məmmədov Newsport.az-ın suallarını cavablandırıb.

 
-Qarşılaşma ilə bağlı fikirlərinizi bilmək istərdik...
-Premyer Liqanın ilk oyunu idi. Çətinoyun keçdi. "Kəpəz” də yeni komandadı.Nevə oynadıqlarını bilmirdik. İlk hissədəistədiyimiz oyunu qura bilmədik. -İkinci hissədə isə fəal oyun nümayiş etdirdik. Təssüf ki, qol imkanlarımızdan yararlana bilmədik.
 
-Avropa Liqasındakı uğursuzluqdan sonra gözlənilirdi ki, "Neftçi” çempionata uğurlu start verərək, həmin uğursuzluğu yaddan çıxarmağa çalışacaq...
-Uşaqlar  yaxşı mübarizə apardı. Dediyim kimi, rəqibi yaxşı tanımırdıq. Razıyam ilk hissədə zəif oynadıq, ikinci hissədə isə fəallaşdıq. Amma alınmadı.
 
-Yəqin ki, "Kəpəz”dən belə oyun gözləmirdiniz?
-Əlbəttə. Nə yalan deyim "Kəpəz”dən belə oyun gözləmirdik. Yaxşı komandaları var.
 
-Necə düşünürsən.Komandanın durumu necə olacaq? Yəni bu heyətlə nə əldə etmək olar?
-Bunu zaman göstərəcək. Oyunun videoyazısına baxacağıq. Səhvlərimizi analiz edəcəyik. Nəticə çıxarmalıyıq.
 
-Kənardan baxdıqda komandada hücumçu probleminin olduğu görsənir...
Deməzdim ki, hücumçu problemimiz var. Futbol kollektiv oyundur. Ayrı seçiciliy salmağaehtiyyac yoxdur. Gənc oyunçularımız çoxdur. Düzdü Premyer Liqa təcrübələri olsa da, hələ cavandılar. Çalıaşacağıq ki, hər şey yaxşı olsun.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right