Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" ilə yanaşı, I Divizion təmsilçiləri “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Aşağı dəstənin digər iki klubu - "Zaqatala" və "İmişli" isə ölkə kubokunda iştirakdan imtina edib.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right