“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov yığmanın heyətinə dəvət almayan Qara Qarayevlə bağlı fikir bildirib.
Newsport.az-ın məlumatına görə, o, feysbuk hesabında bunu yazıb:
“9 il “McDonalds”a görə milliyə dəvət almadım. Qara, yeyib-içməyinə fikir ver”.
Qeyd edək ki, İlqar Qurbanov Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi olduğu dönəmdə “McDonalds”da yemək yediyi üçün sonradan heç zaman yığmaya çağırılmamışdı. Həmin vaxt milliyə zədəli gedən futbolçu Foqts tərəfindən həmin vəziyyətdə məşqlərə çıxarılmışdı.
Xatırladaq ki, Qara Qarayev Azərbaycan yığmasının Slovakiya və Qazaxıstanla oyunlar üçün heyətinə dəvət almayıb. Buna səbəb isə Qara Qarayev və Canni De Byazi arasından bundan öncəki oyunlarda baş verən gərginlikdir. Qarayev matçlarda az oynaması ilə bağlı baş məşqçiyə irad bildirib və nəticədə onların arasında mübahisə yaşanıb.