Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 21-dən 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq.

Newsport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoxlama oyunu keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Aftandil Arıxov – Sumqayıt
  3. Ayxan Əlizadə – Sabah
  4. Məsud Əlişanlı – EFA
  5. Tuncay Əhmədov – Sabah
  6. Raul Babayev – Qəbələ
  7. Tunar Mehdizadə – Sabah
  8. Ramin Əvəzov – Sabah
  9. Səmid Əhmədov – Qəbələ
  10. Vüsal Paşayev – Sumqayıt
  11. Həzrət Səmədov – Sabah
  12. Akif Əliyev – EFA
  13. Atilla Hüseynli – Sabah
  14. Sadiq Məmmədli – ROFM
  15. Eltun Babazadə – Qarabağ
  16. Dilavər Verdiyev – Sumqayıt
  17. Ömər Kərimov – Qəbələ
  18. Babamirzə Mehdiyev – Sabah
  19. Anar Hüseynov – Sabah
  20. Amin Muradov – Neftçi
  21. Ziya Şəkərxanov – Qəbələ
  22. Ömər Nəsibov – Neftçi
  23. İbrahim Xəlilov – Sabah
  24. Amid Qasımov – Qarabağ
  25. Ümid Səlimov – Şamaxı
  26. Toğrul Tapdıqlı – Sumqayıt




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right