Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Bu gündən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda Qırğızıstan seçməsinə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv edilib.

Buna səbəb rəqib komandanın Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-21 sentyabrın 27-də Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right